Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər
 

Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini birinci oxunuşda təsdiqləyib.

Paralel.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Bildirilir ki, qanunlara edilən təklif qəbul edilərsə, apteklər də icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Təklifə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən apteklər ilə müqavilə bağlanılacaq.

Bundan sonra apteklər ambulator şəraitdə (evdə) istifadə olunan dərman vasitələrini icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülən resept əsasında xəstəyə pulsuz verəcəklər.

 

0.02203893661499