Elm və Təhsil nazirliyi “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT

Elm və Təhsil nazirliyi “ənənəsinə” sadiq qaldı: Bu il də eyni şirkətdən 18 milyon manatlıq mebel alacaq - TƏFƏRRÜAT
 

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Paralel.az Yeniavaz.com-a açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən mebel inventarlarının alınması məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Vest-LTD” QSC (VÖEN- 2100393871) olub.
Nazirlik mebel inventarlarının alınması üçün qalib şirkətə 17 milyon 981 min 180 manat 51 qəpik vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyi ötən il “Vest-LTD” QSC-dən təxminən eyni məbləğdə - 17 milyon 87 min 191 manat 14 qəpiyə mebel inventarları satın alıb. Bunlardan başqa “Vest-LTD” QSC 2022-ci ildə nazirliyə 16 milyon 930 min manatlıq, 2021-ci ildə isə 12 milyon 499 min manatlıq mebel inventarları satıb.

Qeyd edək ki, “Vest-LTD” QSC 14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Verdəliyev Şahin Əlimərdan oğludur.

Məlumat üçün bildirək ki, “Vest-LTD” QSC bu günə kimi dəyəri milyonlarla manat olan çoxsaylı tender müsabiqələrində qalib olub. “Vest-LTD” QSC əsasən təmir, tikinti və abadlıq işləri ilə bağlı tenderlərdə qalib olur. Şirkətin rəsmi saytı və sosial şəbəkə hesabları olmadığı üçün fəaliyyəti barədə ətraflı məlumat almaq mümkün deyil.

0.018139123916626