Bu şəxslərin evlərini təmir etmək üçün yarım milyon pul ayrıldı

Bu şəxslərin evlərini təmir etmək üçün yarım milyon pul ayrıldı
 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri üzrə tikinti layihələri hazırlanacaq.

Paralel.az "Ölkə.Az"a istinadən məlumat verir ki, layihə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihəyə 551 min 256 manat ayırıb.

 

0.031901121139526