Middlton xərçəngdən əziyyət çəkdiyini açıqladı

Middlton xərçəngdən əziyyət çəkdiyini açıqladı
 

Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton onkoloji xəstəlikdən əziyyət çəkir.

Paralel.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb.

Middlton xərçəng səbəbindən əməliyyat keçirdiyini və hazırda kimyaterapiya aldığını vurğulayıb.

Qeyd edək  ki, yanvarda Kensinqton Sarayı Keyt Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu və sağaldıqdan sonra vəzifəsinə qayıdacağını açıqlamışdı.

 

0.011475801467896