"Əfsanəvi Bandera" kim idi: onu qəhrəman bilirdilər, amma... - Qəribə faktlar
Ukraynalıların qəhrəman hesab etdiyi Bandera haqqında hələ də bir çox miflər dolaşmaqdadır. Buna baxmayaraq hələ də Ukrayna cəmiyyətində onun əsl kimliyi barədə dəqiq bilgi yoxdur.
Bandera kim idi? Hətta onun ukraynalı olmadığı barədə də məlumatlar var.
Hitler rejimi ilə əməkdaşlıq edən və Ukrayna ifrat sağ millətçilərinin qəhrəmanı olan Stepan (Stefan) Bander əslində kimdir?
Misantrop ideologiyanı təbliğ edib və onu həyata keçirməyə çalışan Banderanı müasir Ukraynada azadlıq və müstəqillik uğrunda mübariz hesab edən çoxlu pərəstişkarları və ardıcılları var. Bu ölkədə, xüsusən də qərb hissəsində Banderanın abidələri ucaldılıb, onun adına küçələr verilib, muzeylər açılıb.
Buna baxmayaraq ona münasibət birmənalı deyil.
Ukrayna millətçiliyinin simvolu sayılan Bandera çox güman ki, heç ukraynalı da deyil.
Bütün bunlara rəğmən 2010-cu ildə istefa verməsi ərəfəsində Ukrayna prezidenti Viktor Yuşşenko Banderanın Ukrayna Qəhrəmanı elan edilməsi haqqında fərman imzalayıb. Yuşenkonun qərarı həm ölkədə, həm də xaricdə çoxlarını hiddətləndirib. Xüsusən də Rusiyanı… Və rusiyalı siyasətçilər və ictimai xadimlər bu qərara sərt reaksiya veriblər.
Viktor Yanukoviç Ukraynanın prezidenti seçildikdən sonra bu fərmanı ləğv edib. Yanukoviç bunu Banderanın Ukrayna vətəndaşı olmaması ilə izah edib.
Bəs Bandera kimdir?
Həyatı boyunca Stepan (Stefan) Banderanın Avstriya-Macarıstan və Polşa vətəndaşlığı olsa da, Ukrayna vətəndaşı olmayıb. Onun hətta alman pasportu olması barədə məlumatlar var, lakin bu, dəqiq deyil.
Hitler dövründə Ukrayna dövlətini yaradan Bandera
1941-ci ildə alman faşistləri Lvovu işğal edəndə Almaniyada Ukrayna millətçiləri legionerlərindən ibarət iki “Nachtiqall” və “Roland” batalyonu almanlarla birlikdə şəhərə daxil olub. Şəhərə daxil olan Bandera dərhal Ukrayna dövlətinin yaradılmasını elan edib.
Düzdür, Banderanın elan etdiyi dövlətin ömrü uzun olmayıb. Bu dövlətin ömrü cəmi bir həftə çəkib.
Almanlar onun bu hərəkətini özbaşınalıq kimi dəyərləndirərək qurulan dövləti ləğv edirlər və Banderanı həbs edirlər.
Bandera həbs edilsə də, həbsdə ona isti münasibət olub və qayğı göstərilib. Ona hətta hərbi dəstəsini həbsxanadan idarə etməyə icazə verilib.
Hətta onun 1941-ci ilin yayında Lvov yəhudilərinə qarşı dəhşətli hücumlarda əlinin olduğu da bildirilir. Hətta belə bir versiya var ki, Ukrayna millətçilərinin lideri yəhudilərə qarşı heyvani nifrətini yəhudi mənşəli olmasına borcludurlar.
Bəzi mənbələrə görə, o həm ana, həm də ata tərəfindən yəhudi olub. Onların hər ikisi yunan katolik inancını qəbul etmiş Polşa yəhudilərinin nəslindən olub.
Və bəzən olduğu kimi, yəhudi tam bir antisemit olub və öz xalqının məhv edilməsini təşviq edib.
Təsadüfi deyil ki, yəhudi antifaşist Simon Vizental Fondu Banderanın Ukrayna Qəhrəmanı adına layiq görüldüyünü biləndə onun nümayəndələri Ukrayna rəhbərliyinə müraciət edərək “dərin ikrah hissini” ifadə ediblər.