Yunanlar kimdir? II yazı 
Qurban Qurbanov 

Yunanlar kimdir? II yazı Qurban Qurbanov 
 

"Xristianlıq necə meydana gəldi?" başlıqlı yazımda xristiyanlığın ilkin olaraq Albaniyada Ariyanlıq formasında meydana gəldiyini, təxminən 1253-55 ci illərdə Kadıköy (Xalkidon) Məclisində Şərq kilsələrinin Qərb kilsələrindən ayrıldığını, Qərb kilsələrinin nümayəndələrinin özlərini ortodoks xristiyan (pravoslav) adlandırdığını yazmışam.

1402 ci ildə Ankara döyüşündə Teymur Osmanlını məğlub etdi, Sultan Bəyazid əsir alındı. Teymur Osmanlının köhnə bəyliklərini bərpa etdi, qalan ərazini Bəyazidin oğlanları arasında böldü. Osmanlının Balkanlardakı ərazisi böyük oğlu Süleyman Çələbiyə verildi, Anadolu isə o biri qardaşlar- İsa, Musa, Mehmet və Mustafa arasında bölündü. Balkan ərazisi şimalda Rumeliya (Rumıniya), Şimali- Qərbdə Macarıstan və Şərqdə Serbiya da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Qardaşlar arasında mübarizə 1413 cü ilə qədər davam etdi və nəticədə Mehmet qalib gəldi, Osmanlının torpaqlarını birləşdirdi. Bu dövr tarixdə Osmanlı imperiyasının Səltənət fasiləsi (1402–1413) dövrü adlanır. Yəni Avropanın cənub-şərqinin Osmanlıda olduğu halda Konstantinopolda Bizans imperiyasının mövcud olması inandırıcı görünmür. Ola bilsin ki, bu dövrdə xristiyanlar qarışıqlıqdan istifadə edib Konstantinopolu işğal ediblərmiş.

Mənbələrdə xaçlı yürüşlərinin əsasən XI-XIII əsrlərdə baş verdiyi yazılır, hesab edirəm ki, bu da absurddur, çünki hələ 13 cü əsrdə xristiyanlıq ilkin formalaşma mərhələsini yaşayırdı. Mənbələrdə xristiyanlığın XIII əsrin ikinci yarısı və XIV əsrdə Fransanın cənubunda formalaşdığı və 1378 ci ildə Romaya köçdüyü yazılır. Nəzərə alsaq ki, xristiyanlıq ilkin olaraq Cənubi Avropada yayılıb, onda bu prosesin XV əsr ərzində baş verdiyini söyləyə bilərik. Bu məntiqlə Səlib yürüşləri də bu dördə baş verə bilərdi.

Osmanlıda Sultanların xristiyan xanımlarla evliliyi və onların uşaqlarının hakimiyyətə gətirilməsi də bu dövrdən başlayır. Sultanın mühafizə ordusu yanıçarlardan (xristiyanlardan) təşkil olundu. Türklər əsasən orduda xidmət edirdilər. Qeyri-müsəlman əhalinin ordu sıralarına çağırılmaması onların ticarətlə məşğul olmasına və varlanmasına səbəb oldu. Beləliklə ticarət və dövlət işləri onların əlində cəmləndi.

Türkləri döyüş meydanında məğlub etməyin mümkün olmadığını görən avropalılar türklərə qarşı başqa üsullarla mübarizə aparmağa qərar verdilər. Osmanlını zəiflətmək üçün Səfəvi dövləti yaradıldı, Osmanlı ilə müharibəyə cəlb edildi. 130 illik müharibə nəticəsində bu da gözlənilən nəticəni vermədi. Belə olduqda Osmanlını daxilindən parçalamaq üçün planlar cızdılar. Bunun üçün daxili nizam- intizamı pozmaq, inancı dəyişdirmək qərara alındı. Bu vaxt Osmanlıda aryan, zərdüşt, manixeıst, atəşpərəst və s. inanclı coxsaylı xalqlar yaşayırdı. Xristiyanlara üstünlük verilməsi həmin xalqların da tədricən xristiyanlığa keçməsinə səbəb oldu. Nəticədə bu, gələcəkdə yunan və erməni adlanacaq xalqların formalaşmasına gətirib çıxardı, eyni zamanda İslamı daxildən parçalamaq üçün təriqətlər yaradıldı.

Bu konteksdə 1933 də Hitlerdən qaçan, 1952 ci ilə qədər İstanbul dövlət Universitetində hüquq və iqtisadiyyat dərsi deyən Prof. Fritz Neumarkın bir türk tələbənin "Avropalılar bizi nədən sevməz?" sualına verdiyi cavab cox maraqlıdır: "Cox səmimi olaraq etiraf edim ki, Avropalılar türkləri sevməz və sevməsi də mümkün deyil. Əsrlərdir Kilsənin Türk və İslam düşmənçiliyi təbliği xristiyanların beyninə yerimişdir. Müsəlman olduğunuz üçün sevməzlər, fəqət xristiyan olsanız da sevməzlər. Ən azı 400 il Avropada və sərhədlərimizdə at qoşdurdunuz. Səlcuqlular Anadolunu, Osmanlılar isə Balkanları və Orta Avropanı xaçlı ordusuna məzar etdilər. Papalığı belə təhdid edən Atilla və Cingiz xan da yaddan cıxmamışdı. Sizləri silah gücünə yıxmağın mümkün olmadığını gördükcə, sizləri içdən, düzəninizi, sisteminizi pozmaq yoluyla hakimiyyət saxlamaq yoluna getdilər. Xristiyanlıq təbliğ edildi, xristiyanlığı qəbul etmədikdə, islam daxilində təriqətlər yaratmaqla islamı daxildən parçalamağa çalışdılar". Burda artıq şərhə ehtiyac yoxdur. Bir cavabda avropalıların türklərə qarşı münasibəti tam şəkildə əhatə olunub.

Bu hal 1840 cı ildə orduda Tərəqqi və İttihad hərəkatları yaranana qədər davam etdi. Hətta vəziyyət o yerə çatmışdı ki, "türk" sözünü işlətmək belə qadağan edilmişdi.

Yazının əvvəlində Anadoluda mövcud olan son tunc dövrü dövlətlərindən bəhs etdim. Bu dövlətlər arasında Yunan adlı dövlətə və xalqa rast gəlinmir. Eynilə Balkan və Peloponnes yarımadasında da heç bir yunan adlı xalq və dövlət yox idi.
Bəs yunanlar kimdir, onlar necə və nə vaxt yarandılar?

Türkiyə ərazisində araşdırma aparan dünya arxeoloqları kəşf etdikləri sümüklərin DNT-sini həmin bölgədəki sakinlərin DNT-si ilə müqayisə etdikdə şoka düşürlər. Məsələn, qədim Burdur-Isparta qazıntılarında Sagalassos sivilizasiyasının qədim türk sivilizasiyası olduğu məlum oldu.
Belçikanın Leuven Katolik Universitetindən Prof.Dr. Matc Waelkens Ağlasun qəsəbəsində apardığı qazıntılar zamanı 6-8 min il tarixi olan sümüklərin DNT-sinin qazıntılarda iştirak edən sakinlərin DNT-si ilə 97% eyniyyət təşkil etdiyi məlum oldu. Bu Frigiyada, Urartuda, Hettdə də belədir.

Keçmişdə qərb arxeoloqları tapıntıları oğurlayıb öz ölkələrinə aparırdılar, helenlərin Anadolunun yerli sakinləri olduğunu söyləyirdilər. Ancaq bu gün türk tarixçiləri bunun əksini sübut etməyə müvəffəq olurlar. Buna misal olaraq Assosu göstərə bilərik. Assosu quran prototürklərin bir qolu pelasqlardır. Ellinlər pelasqlarla dorilərin qarışığından meydana gəliblər. Daha sonra bu qarışığa digər prototürk xalqları olan trakyalılar və mexadonlar da qarışıb. Yunanlar pelasqları və troyalıları özlərinin əcdadı hesab edirlər. Pelasqların digər adı isə illir və ya albandır, troyalılar isə luvilərdir.

Ellin adını onlara XIX əsrdə avropalılar verdilər. Yunan etnonimi "İoniya" sözündən yaranmışdır, "İoniya" isə indiki İzmirin və ətraf ərazilərinin tarixi adıdır. Ruslar isə onlara qırıq, kədərli mənasını verən qrek (etrusca kreke) adını verdilər.
Bu gün ellinlərin 3/4-nin prototürk olduğu məlumdur.

Avropalılar öz kimliklərinin türk kimliyi üzərində deyil, yunan kimliyi üzərində formalaşdığını göstərmək üçün yunanlara saxta tarix yazdılar. Bunun üçün onlar Alban dövlətinin tarixini oğurladılar, onu tarixdə olmayan Bizans dövləti kimi təqdim etdilər, ona yunan kimliyi verdilər. Anadolu xristianlarından nağıl uydurdular. Bu barədə luvilərin tarixini araşdıran türkiyəli araşdırmaçı Ülgən Zəki Ok yazır: "Anadoluda məlum olan ən qədim sivilizasiya - Luvilər haqqında çox az məlumatımız var. Ege, Mərmərə və Aralıq dənizi bölgələrində yaşayan və ətrafını işıqlandıran insanlar Luvilərin nəslindən ola bilərlər. İlk dəfə olaraq Prof. Dr. Bilge Ömərin kitablarından tanıdığım Luvilərin tarixi e.ə. 7000 il əvvələ qədər olan dövrü əhatə edir. Lakin 1946-cı ildən sonra elm dünyası tərəfindən tanındıqları üçün əhəmiyyəti və dəyəri hələ də yetərincə başa düşülməmiş və ya başa düşülmək istənilməmişdir. Anadoluda qurulan Troya, Likiya, Lidiya, Frigiya, Kariya, Misiya kimi sivilizasiyalar Luvi sivilizasiyasının uzantılarıdır. Luvilər Mino sivilizasiyası ilə Kritə, Etrusk sivilizasiyası ilə bugünkü İtaliyaya, Pelasqlarla bugünkü Yunanıstana, oradan da bütün Avropaya köçürdülər. Luvi dili, hitit dili ilə birlikdə Hind-Avropa dil qrupunun mənşəyini təşkil edir. Avropadakı bir çox tarixi şəhərlərin, çayların və dağların adları, xüsusən də sonu "assa, assos, anda, anthos" ilə bitənlər luvi mənşəlidir. Lüvilərin Tövratda adı çəkilən ələvi və levilərlə qohumluq əlaqəsi olduğuna dair fərziyyələri də araşdırılmağa dəyər. İoniyalılar Anadolunun qərbində, Egey sahillərində çoxalmış və inkişaf etmiş bir xalq idi. İoniyalıların yunanlarla sonrakı birliyi etnik deyil, dini müstəvidə xarakterizə edilməlidir. Unutmaq olmaz ki, o dövrdə pravoslav kilsəsi müxtəlif etnik qruplar üçün birləşdirici rol oynayırdı".

Digər bir türk tədqiqatçı və yazıçı Əli Heydər Aksakal "Luwis and the Great Ionian" adlı kitabında Kibele, Afrodita, Apollon, Artemida kimi tanrı və tanrıçaların, Pelops və Tantalos kimi padşahların Luvi kökənli olduğunu sübut etmişdir.

Digər məqam Girit-Minor sivilizasiyası ilə əlaqədardır. Bu adanın mədəniyyətinin qədim təbəqəsi Neolit ​​və erkən metal mədəniyyətləri ilə, həmçinin Şimali Mesopotamiya, Şumer, Misir sivilizasiyalarının mənşəyi ilə bağlıdır. Girit- Minor sivilizasiyasının dili hələ də deşifrə edilməmişdir. Bu mədəniyyətin yazıları (heroqlif və xətti A) mətn nümunələrindən ibarətdir. Alimlərin fikrinə görə, Kritin qədim sakinlərinin dili Hind-Avropa dillər ailəsinə aid deyildi. Qədim Krit mədəniyyətinin daşıyıcılarının Şərqi Aralıq dənizi dolixokefal antropoloji tipi indiki türk mədəniyyətlərinin məskunlaşdığı ərazidə antik dövrdə geniş şəkildə təmsil olunub və Azərbaycanlıların indiki görünüşü ilə üst-üstə düşür.

Yunanlar haqqında müxtəlif zamanlarda Türkiyədə araşdırma aparmış avropa alimlərinin fikirləri də cox maraqlıdır.

Məşhur ingilis arxeoloqu, tarixçisi, İncil mütəxəssisi və uzun illər türk torpaqlarında arxeoloji tədqiqatlar aparmış Uilyam Mitçel Ramzey 1919-cu ildə yunanlarla bağlı əsərində yazırdı: "Qədim Anadolu tayfası kimi tanınan ioniyalılar yunan deyillər. Anadoluda yaşamış qədim xalqlardan olan ioniyalıların yunanlar ilə heç bir əlaqəsi yoxdur və tarix boyu da olmamışdır. ...Xristianlıq Anadolu torpaqlarında yunan kimliyi ilə özünü ifadə etdi və Anadolu xalqları yunanlar tərəfindən assimilyasiya olundu".
(The Guardian/29 may 1919-cu il, ―Bölünmənin hesablanmayan pislikləri - Ser William Mitchell Ramsay, səh. 9)

W. M. Ramsay ilə eyni fikirdə olan və indiki yunanların qədim tayfalarla heç bir qohumluq əlaqəsi olmadığını iddia edən başqa bir alim də Türkiyəyə gəlib geniş araşdırmalar aparan məşhur alman tarixçisi Yakob Fallmerayerdir. O yazırdı: "Şərqşünas alimlər uzun illərdir ki, yunanların etnik saflığının olmadığını, mədəniyyətlərinin zəif olduğunu, mədəniyyətlərinə görə özlərindən əvvəlki əsrlərdə yaşamış Şərqin qədim tayfalarına borclu olduqlarını vurğulayırlar. Yunanlar üçün qədim və müdrik əcdad tapmaq lazım idi ki, onlardan nümunə götürülsün və yunanlara uyğunlaşdırılsın".

Digər ingilis elm adamı James Noel Adams isə yazırdı: "Asenaların (etruskların), italyan və yunanların fərqli adlarla çəkilməsi şüurlarda çaşqınlıq yaratmış, bununla da etruskların türk köklərinin məharətlə gizlədilməsinə şərait yaradilmışdır. Türklərlə əlaqələndirilə bilən bir çox qədim bölgələrin, şəhərlərin, tayfaların, səltənətlərin, əlifbanın, mifologiyanın, tanrı və tanrıçanın ilkin adlarının sonradan yunanlar tərəfindən dəyişdirildiyi və lazımi infrastrukturun hazırlandığı müəyyən edilmişdir. Qədim tarixin obyektiv alimləri şəxsən qədim adların, əlifbaların və yazıların müxtəlif xalqların dillərinə əsassız düşmənçilik bəsləyən yunanlar tərəfindən dəyişdirildiyinə diqqət çəkmişlər".
Bilingualism and The Latin Language, Cambridge University Press, London, 2003, s. 102 – 107.)

C.N.Adams bu fikri ilə yunan tarixini alt-üst edir:"Türklərlə əlaqələndirilə bilən bir çox qədim bölgələrin, şəhərlərin, tayfaların, səltənətlərin, əlifbanın, mifologiyanın, tanrı və tanrıçanın ilkin adlarının sonradan yunanlar tərəfindən dəyişdirildiyi və lazımi infrastrukturun hazırlandığı müəyyən edilmişdir".

İndi isə yunan mifologiyasının necə yarandığını və hardan qaynaqlandığını araşdıraq. Yunan mifologiyasına və Tövratın Yaradılış bölməsinə fikir versəniz onların Şumer əfsanələri əsasında yazıldığı açıq-aşkar görünər. Tövratın Yaradılış bölməsindəki hekayələrlə min illər əvvəl şumerlərin yazdığı Bilgameş dastanının ciddi oxşarlıqları var.

1)Şumerdəki Tanrıların Kralı Enlildir. Enlilin atası Anu (Göy), anası Ki (Yer). Enlil hava tanrısıdır.

-Yunanlarda Tanrıların Kralı Zevsdir, atası Kronos (Zaman), anası isə Qayyadır (Yer), Zevs ildırım tanrısıdır.

2) - Şumerlərdə insanların yaradıcısı Enki tanrısıdır. O, insanı palçıqdan yaradıb. Enki müdriklik tanrısıdır.

-Yunanlarda insanları yaradan tanrı Prometeydir. O, insanı palçıqdan yaradıb. Prometey müdriklik tanrısıdır.

-Tövratda isə Allah insanları palçıqdan yaratmışdır.

3) - Şumerlərdə Tanrı Enlil qəddar bir kraldır. O, insanları sevmir və onların üstünə tufan göndərir. Enki isə insanlara qarşı çox mərhəmətlidir.

-Yunanlarda Zevs tanrısı qəddardır, insanları sevmir, hər fürsətdə onlara bəla göndərir. Prometey insanlara qarşı çox mərhəmətlidir və insanlara Hikmət Odunu verdiyi üçün Zevs tərəfindən cəzalandırılır.

4) - Şumerlərdə Tanrı Enlil insanları zalımlıqlarına görə məhv etmək üçün Tufan göndərir. Ancaq Tanrı Enki insanlara mərhəmət edir və gizli şəkildə Ziusudraya (Utnapiştim) bir gəmi tikməyi və ona hər canlıdan bir cüt ora aparmağı tapşırır. Daşqının sonunda Ziusudra Selin qurtardığını bilmək üçün bir göyərçin və bir qarğa buraxır. Sahilə çıxanda allahlara qurban kəsir, ətirli buxur yandırır. Bütün insanlar Ziusudranın nəslindən törəyirlər.

-Tövratda Allah insanları yolundan azdıqlarına görə məhv etmək üçün Tufan göndərir. O, Nuha gəmi tikməyi əmr edir və bu gəmi üçün hər canlıdan bir cüt almasını istəyir. Daşqının sonunda Nuh bir qarğa və göyərçin buraxır. O, selin bitdiyini başa düşür. Sahilə çıxanda Allaha qurban kəsir, ətirli buxur yandırır. Allah onu görəndə bir daha dünyaya sel göndərməyəcəyini deyir. Bütün insanlar yenidən Nuhun nəslindən törəməyə başlayırlar.

5) - Adapa şumerlərdə ilk insandır. Cənnətdə Tanrı Enki Adapaya onu ölümsüz edəcək yemək və içməyi qadağan edir. Anu tanrısı onu ölümsüz etmək üçün Adapaya yemək və içki təklif edir, lakin o, bunun bir aldatma olduğunu başa düşür. Buna görə tanrıların atası Anu Adapanı Yer üzünə qovur.

- Tövratda ağacın meyvəsi Adəm və Həvvaya haram edilmişdir. Amma şeytan onları aldadır ki, o meyvədən yesələr, ölməz olacaqlar. Onlar da meyvəni yeyirlər. Lakin bu, Allahın qəzəbinə səbəb olur və onları Göydən Yerə göndərir.

Buradakı oxşarlıqlardan belə nəticəyə gəlirik ki, Tövrat və Yunan mifologiyası öz ideya əsasını Şumer mətnlərindən götürmüşdür. Əminliklə deyə bilərik ki, yunanlar qədim türk irsini mənimsəyərək özləri üçün saxta mifologiya və tarix yazmışlar.

Uzun müddət bu coğrafiyada bir neçə əlifba mövcud idi - İon (İonya), Afina (Attica), Argos (Argolis) və Korint. Yunanlar isə Girit və Kipr əliblalarından istifadə edirdilər, vahid Yunan dili yarandıqdan sonra tədricən hər iki yazı Finikiya əlifbası ilə əvəzləndi (samitləri ifadə edən bir sıra hərflərin fonetik mənası səsli səslərə dəyişdirildi), vahid yunan əlifbası cox gec ortaya çıxdı.

İngilis tarixçisi E.Gibbon XVIII əsrdə yunan dilini nəzərdə tutaraq yazırdı: "Bir çox sözləri izah etmək üçün bir lüğət nəşr edildi, burada "barbar" sözlərinə yunanca başlanğıc verdilər". Bu sitatı ilə E. Gibbon türk sözlərinin yunanlaşdırılmasını etiraf edir, bu isə özlüyündə yunan dilinin və xalqının məhz XVIII-XIX əsrlərdə formalaşdığını sübut edir.

Türkiyəli tarixçi Ülğən Zəki Ok isə türk sözlərinin yunanlaşdırılması barədə yazır: "Avropadakı bir çox tarixi şəhərlərin, çayların və dağların adları, xüsusən də sonu "-assa, -assos, -anda, -anthos" ilə bitənlər luvi mənşəlidir." Müəllifin sözündən belə başa düşülür ki, bu sonluqları luvi mənşəli yer, çay və dağ adlarına artırmaqla yeni yunan sözləri yaradılmışdır.

Arxeoloq Professor Dr. Fahri Işık “Sivilizasiya Anadoluda Doğuldu” əsərində Yunanıstanın saxta kimliyə söykəndiyini, ioniyalının ellin olmadığını, onların Anadolunun Het və Lüvi sivilizasiyalarının davamı olduğunu arxeoloji tapıntılar və faktlarla sübut edir.

Əgər yunanların tarixi saxtadırsa, bəs bizə qədim yunan filosofları kimi təqdim edilən Efor, Feopomp, Herodot, Sokrat, Arıstotel, Piliniy, Pifoqor, Ksenofon, Plutarx, Polibi, Strabon və s. kimlərdir? Türk araşdırmaçılar bu elm adamlarının luvilər/aluvilər/ələvilər olduğunu söyləyir. Onları başqa adla- İşıq insanları da adlandırırlar. Diğər bir məqam e.ə. V əsrdə yaşadığı iddia edilən Herodotun dövründə mövcud olan əlifbadır. Təxminən eyni dövrdə yaşayan II Daranın tabletləri mixi (runi) əlifbası ilə yazıldığı halda, Herodotun 9 cildlik "Tarix" əsəri perqament üzərində daha müasir əlifba ilə yazılmışdır. Bu isə filosofun yaşadığı dövrün saxtalaşdırıldığına, yəni onun yaşadığı dövrün daha qədim tarixdə göstərilməsinə dəlalət edir. Bu hal ümumilikdə bütün "qədim yunan filosof və tarixçiləri"nə aiddir.

1923-26 cı illərdə Lozanna müqaviləsinə görə Türkiyə ilə Yunanıstan arasında xristiyan- müsəlman müstəvisində əhali mübadiləsi həyata keçirildi. 1923-cü ildə 12,4 milyon əhalisi olan Türkiyədən 1,2 milyon xristiyan Yunanıstana, 5 milyon əhalisi olan Yunanıstandan 500 min müsəlman Türkiyəyə köçürüldü. O dövrdə Osmanlıda cox sayda türk xristiyanlığı qəbul etməyərək Ariyan inancında qalmışdı. Bunlardan biri də Qaramanolulları idi. Onlar da xristiyan kimi Yunanıstana köçürüldülər və zorla xristiyanlaşdırıldılar, qəbul etməyənlər isə məhv edildi. 1923-1946 cı illərdə Yunanıstanda onlara qarşı 3 böyük qətliam həyata keçirildi. Hətta bununla belə, bu gün yunan tarixçiləri etiraf edirlər ki, hələ də Yunanıstan əhalisinin 50% i alban türklərindən ibarətdir. Tirana və Priştinanın tarix bölmələri də son zamanlar bu barədə yazırlar.

XIX-XX əsrlərdə Balkanlarda və Qafqazda türklərə qarşı törədilən qətliamlar:
Tripoli qətliamı -32 min
Navarino - 3 min
Mora - 30 min
1821 Hidra adasında - 90 min
1866 Krit - 40 min
1877-1878 Balkanlar - 500 min
1877-1878 Qafqaz - 300 min
1912-1913 Kosovo-Makedoniya -700 min.

Bu gün Krit sakinləri iddia edirlər ki, ellinizm deyilən bir şey yoxdur. Təbii ki, onlar Anadolu troyalıları, yəni luvilərdir. 300 Spartalı döyüşçülər isə pelasq yəni illiriyalı idilər. İndiki Türkiyədə Balkanlardan köçənləri Rumelidən gələnlər adlandırırlar. Hətta Makedoniyalı İskəndər də yunan deyildi, çünki İsğəndərin danışdığı dil pelasq, yəni illir dili idi. Biz bu dili alban dili adlandırırıq. Son zamanlar, üzərində Makedoniyalı İsgəndərin təsviri olan sikkə ortaya çıxıb. İsgəndərin qolunun üstündə qartal, kənarda isə İYİ tamqası həkk olunub. Bu tamqa isə birmənalı olaraq türklərin Oğuz boyuna məxsusdur.

Türk tarixçiləri Finikiya, İskit, Misir, Eti, Frigiya, Lidiya, İon, Urartu, Midiya, Əhəməni, Anzanit, Kut, Sasani, Parfiya, Etrusk, Pelasq, Aka, Dor, Tursaka, Karfagen sivilizasiyalarının türklər tərəfindən qurulduğunu sübut etdilər.

Göbəkli - Təpədə tapılan artefaktların araşdırmasını aparan avstraliyalı Erich Feigl türklərə xitabən yazır: "Bu torpaqlar Sizə aiddir. Sizlər Anadoluya Malazgirt zəfəriylə yerləşmədiniz. Çatalhöyükdəki arxeoloji qazıntılar Sizlərin 10000 ildən artıq bir vaxtda burada olduğunuzu sübut edir".

Bu yerdə Mavro Orbininin deyimini necə xatırlamamaq olar: “Bəziləri döyüşüb qalib gəldiyi halda, bəziləri uduzdu, amma tarix yazdılar”.

Bu gün Pirlərə nəzir vermək adəti Albaniyada, Azərbaycanda və Türkiyə ələvilərində var. Bu adət Ələvilikdən qalmadır. Türkiyə türklərində bu adət yoxdur. Çünki, Səlcuqlar gəldiyi zaman Tanrıçılığa sitayiş edirdilər, sonradan isə İslamı qəbul etdilər. Ələvilik isə səlcuqlara qədərki türklərin inancı idi.

Yunanıstan dövlət olaraq 25 mart 1821-ci ildə yaradıldı. 18-ci əsrin ikinci yarısından başlayaraq onun üçün "qədim tarix" yazıldı. Bu geniş miqyaslı fırıldaqçılığın başında Bavariya kralları dururdu. Yunanıstanın ilk kralı I Otto Bavariya kralı Lüdviqin oğlu idi. Fransız coğrafiyaşünası və tarixçisi, Paris Coğrafiya Cəmiyyətinin üzvü Yakov Eliseeviç Reklin əsərlərinin birində yazır: “Borussiya kralı Lüdviq Yunan dövlətinin paytaxtı üçün Nekropolun ətəyində, türklərin olduğu yerdə şəxsən yer seçdi- Settinya kəndini".

Hesab edirəm ki, Cənubi Qafqazın və Anadolunun yerli sakinləri olan illiriyalı, pelasq, alban, laz, menqerel, qarqar, iskit və luvi/aluvi/ələvi eyni bir Türk irqin müxtəlif adlarıdır. Bu xalqların xristiyanlığı qəbul edən hissəsi tədricən yunanlaşmış, gürcüləşmiş, erməniləşmiş və diğər Balkan xalqlarına çevrilmişlər.

Paralel.az 

0.1080801486969