Zaqatalada qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI

Zaqatalada qəzada xəsarət alan şagirdin son durumu AÇIQLANDI
 

“Zaqataladan Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən İbrahim İbrahimzadə reanimasiya şöbəsində müalicəsini davam etdirir”.

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.

Qeyd edək ki, ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib.

Xatırladaq ki, ötən gün, saat 13 radələrində Zaqatala şəhər sakini, Emin Oqtay oğlu İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes-Benz” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü üç məktəblini vurub. 

Hadisə nəticəsində azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itiriblər, İbrahim İbrahimzadə isə xəsarət alıb. 

Əlavə edək ki, E.İbrahimov daha əvvəl Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub. O, polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

0.020153045654297