Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb

Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb
 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Livanın xarici işlər və mühacirlər naziri Abdullah Buhabib ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.

Bildirilib ki, tərəflər ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar tərəfdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edib, regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

 

0.031612873077393