Daha bir Vətən müharibəsi qazisi SOCAR-ın “Azəriqaz” İB-də işlə təmin olundu

Daha bir Vətən müharibəsi qazisi SOCAR-ın “Azəriqaz” İB-də işlə təmin olundu
 

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də İlqar İlyasovdur. O, əks hücum əməliyyatları başlayan zaman hərbi xidmətdə olub. Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərdiyinə görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad edilməsinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
İlqar İlyasov işlə təmin olunmağı üçün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Qısa müddət ərzində qazinin müraciətinə baxılıb və o, işlə təmin edilib. Hal-hazırda Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin Ağdaş xidmət sahəsində çalışır. Əməkdaşımız şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür edib. Məlumat üçün bildirək ki, cari ilin 4 ayı ərzində 43 nəfər müharibə iştirakçısı SOCAR-ın “Azəriqaz” İB-də işlə təmin edilib.

Daha ətraflı video materialda:

https://youtu.be/1CO8FsNyNi0?si=ayct_XKUP0HUeq5y

0.063889026641846