Məmurun məzuniyyətdə etdiyi hərəkət başına bəla oldu - MƏHKƏMƏ

Məmurun məzuniyyətdə etdiyi hərəkət başına bəla oldu - MƏHKƏMƏ
 

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən E.Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına görə, E.Mirzəyev öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilən özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayıb, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Belə ki, o, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyən zaman komitənin Avtomobil Nəqliyyat İdarəsinin balansında olan xidməti istifadə üçün ona verilən minik avtomobil və yanacaq kartını əmək məzuniyyətində olduğu 2021-2022-ci il tarixlərində təhvil verməyib. E.Mirzəyev Dövlət Gömrük Komitəsinə məxsus ümumilikdə 1835,3 manat dəyərində əmlakı vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etməklə talayıb.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətin azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

0.018846035003662