"Qarabağ" - "Neftçi" görüşü başqa stadiona keçirildi

 

Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişib.

Paralel.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutacaq.

Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.

 

0.046293020248413