SOCAR-ın "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOCAR-ın
 

Növbəti həftə (29, 30 yanvar və 1, 2 fevral tarixləri) 2 rayon və 2 şəhərdə "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Gəncə şəhərində (Qələbə Parkı), 2-ci günü saat 15:00-dan 16:00-dək Göygöl rayonunda (Hacıməlik qəsəbəsi, İcra nümayəndəliyinin qarşısı), 4-cü günü saat 11:00-dan 12:00-dək Goranboy rayonunda (Borsunlu kəndi, İcra nümayəndəliyinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Naftalan şəhərində (Qaşaltı kəndi, İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

"Paralel.az"

0.018641948699951