Rəisi-Ərdoğan görüşü: Zəngəzur dəhlizi müzakirə olunacaqmı?

Rəisi-Ərdoğan görüşü: Zəngəzur dəhlizi müzakirə olunacaqmı?
 

İran Prezidenti İbrahim Rəisi yüksək səviyyəli siyasi və iqtisadi heyətlə birlikdə yanvarın 4-də Ankaraya yola düşəcək.

“Mehr” xəbər verir ki, səfər zamanı Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşdə iştirak edəcək.

İran və Türkiyə prezidentləri də İran-Türkiyə İqtisadi Əməkdaşlıq Ali Şurasının 8-ci iclasında iştirak edəcəklər.
Daha sonra onlar media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında məsləhətləşmələrinin nəticələrini təqdim edəcəklər.
Rəisi və Ərdoğan İran və Türkiyənin iş adamları və iqtisadi liderlərinin birgə toplantısında iştirak edəcək və İran prezidenti Türkiyənin İran icması ilə də görüş keçirəcək.

Bundan əvvəl media Türkiyədəki mənbəyə istinadən Rəisi ilə Ərdoğan arasında danışıqların Qəzza və Suriyadakı vəziyyətə, eləcə də ikitərəfli münasibətlərə həsr olunacağını bildirib.

Bəzi diplomatik mənbələrin verdiyi xəbərə görə, görüşdə Qəzza və Suriya məsələsi ilə yanaşı Cənubi Qafqazdakı vəziyyət, xüsusən də İrəvanla Bakı arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi istiqamətində səylər və Zəngəzur dəhlizi kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılacağı istisna edilmir.

Qeyd edək ki, Rəisi ilə Ərdoğa arasında görüş ötən ilin noyabr ayında planlaşdıırlırdı. Lakin  Rəisinin səfəri iki regional gücün xarici işlər nazirləri arasında ziddiyyətli qrafiklər səbəbindən təxirə salınmışdı. Həmin vaxt Türkiyənin xarici işlər naziri müsəlman ölkələrinin Qəzza ilə bağlı “təmas qrupu”nun tərkibində Nyu-Yorkda olub.

 

 

0.030346155166626