Zarina Qurbanova: "Deyirlər, ərə get, uşağın olsun, boşanarsan" - VİDEO
Azərbaycanlı aktrisa Zarina Qurbanova hazırda ölkəmizdəki gənclərin böyük əksəriyyətinin ailə təzyiqi ilə evləndiyini bildirib.
"Xəzər axşamı" proqramına qonaq olan Zarina boşanmaların sayının artmasının iki gəncin bir-birini tanımadan qısa müddətdə ailə həyatı qurması ilə əlaqələndirib:
"Valideynin təkidi ilə ailə həyatı qurmaq günümüzün aktual problemlərindən biridir. Əsas da oğul anaları onlara təsir edir. Mən öz ətrafımdan, yaxın dost-tanışlarımdan deyə bilərəm ki, onlara "Sənin yaşın keçir", "Toy etməlisən", "Mən nəvə görməliyəm", "Mən nə qədər toylara pul salmışam" kimi sözlər deyilir.
Bunun nəticəsində iki gənc bir-birini tanımdan evlənir. Sonda isə boşanır. Bu bizim incəsənət adamlarına da aiddir. Mənin 33 yaşım var. Deyirlər ailə qur, el gözünə ərə get... Bir uşaq olar sonra boşanarsan".
Ətraflı videoda: