"Rafael Elzanın sayəsində böyük aktyor olub" - VİDEO

 

Əməkdar artistlər Elza Seyidcahanla Rafael İsgəndərov arasında efirdə qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, müğənni aktyorun qonaq olduğu "Rəngarəng səhər" proqramına telefonla qoşulub. Seyidcahan aparıcı Zaur Nəbioğlunun "Rafael deyir ki, Müşviq Abbasov belə Elza Seyidcahanla bağlı ssenari yazsa, mən özümə qadağa qoyacağam, etməyəcəyəm" sözlərinə belə reaksiya verib:

"Qınından çıxdı qınını bəyənmədi. Onun Elzaya yox, Nurlulara ehtiyacı var. Elzanın sayəsində gəlib böyük aktyor olub".

Müğənni "Deyirsiniz ki, Rafael sizi parodiya etdiyi üçün məşhurlaşıb?" sualına əsəbiləşib:

"Məşhurlaşmasa da, sevilib. Aktyorumuzdur. Sənətkarı parodiya edirlər. Bir də görürsən yoldankeçəni parodiya edirlər, bunu onlara yaraşdırmıram. Gündəm də lazımdır, onlar da "Kirpi" jurnalı kimi başqasını tənqid edirlər ki, insanlar onları təkrarlamasınlar. Bizim kimi sənətkarları da təqlid edirlər. Bu da alqışalayiqdir. Coşqunu ürəyimi yarıb içinə qoyaram. Rafael də sataşır, o da aktyordur, sənətidir" cavabını verib.

R.İsgəndərov isə "Məsələyə qarışmaq istəmirəm. Müşviqi də, Cosqunu da ürəyinə basırsan. Amma Müşviq yazıb, mən oynamışam. Zəng edib sözləri mənə dedin, Müşviqə yox. Vatsapda yazdıqların mənimlə sənin aranda qalsın" söyləyib.

E.Seyidcahan "Öz havanı oyna. "Bu şəhərdə"yə qadağa qoymuram. Efirə də sənə yox (aparıcını nəzərdə tutur - red.), Rafaellə Cosquna görə qoşulmuşam. Fürsətdən istifadə edib, suallar yağdırma" deyə, aparıcıya əsəbiləşib.

 

0.018800973892212