"Qızlar marketlərdə siqaret təklif edirlər" - Deputat layihəni dəstəkləmədi

 

“Tütün və tütün məmulatı haqqında” qanun layihəsi inhisarçılığın yaranmasına xidmət edir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə deyib.

Deputat bildirib ki, qanun layihələri sui-istifadəyə dair ekspertizadan keçirilməlidir: “Bu qanunda hüquqların əsassız məhdudlaşdırılması müşahidə edilir, qeyri-bərabərlik yaradılır. Yeni fəaliyyət sahəsi yaradanlara bəzi müddəalar şamil edilir, köhnə şirkətlərə isə maddələr şamil olunmur. Yeni yaradılmış müəssisə üçün 34 milyon tələbi qoyulur. Köhnə müəssisə üçün isə bu tələb yoxdur, o xaricdən siqaret idxal edəcək. Nəticədə yeni müəssisə açmış şəxs bankrot olacaq. Mən istəyərdim, Azərbaycanda heç kim siqaret çəkməsin. Ötən iclasda elektron siqaretin Azərbaycanda qadağan edilməsi təklif olundu. Mən bunu araşdırdım, gördüm ki, elektron siqaretlər sağlamlığa az ziyanlı siqaretlər imiş. Yəni biz deyirik, elektron siqareti qadağan edək, hamı keçsin normal siqaretə? Marketlərdə artıq qızlar alıcılara siqaret təklif edir. Təklif edirəm ki, COP29 dövründə siqaretin reklamını yığışdırsınlar. Bizdə köşklərə baxın, hər yerinə siqaretlər düzülüb. Hesab edirəm, bu qanun layihəsi geri qaytarılmalı, mütləq ekspertizadan keçirilməlidir”.

Mürtəza

 

0.033107995986938