Ölü əmisini banka gətirib kredit götürmək istəyən qadın danışdı - VİDEO

Ölü əmisini banka gətirib kredit götürmək istəyən qadın danışdı - VİDEO
 

Ölən əmisini banka aparıb kredit götürmək istəyən qadın ilk dəfə danışıb

43 yaşlı Erika de Souza Vieira Nunes Braziliya mətbuatına açıqlama verib.

"Ailəmdən ayrı keçirdiyim günlər dəhşətli, çox çətin idi. Əmimin öldüyünü anlamamışdım. İnsanların dedikləri gülüncdür. Mən insanların danışdığı adam deyiləm, canavar da deyiləm".

Qeyd edək ki, aprelin 16-da Erika nunes ölən əmisi Paulo Roberto Braqanı əlil arabasında banka apararaq onun adına kredit götürməyə çalışıb.

Sözügedən anlar bank işçilərindən biri tərəfindən videoya çəkilib.

Əlil arabasında olan şəxsin öldüyünü anlayan işçilər dərhal polisə məlumat veriblər. Hadisədən sonra qadın saxlanılıb. O, meyitə hörmətsizlik və oğurluğa cəhd etməkdə ittiham olunur.

 

0.031016826629639