Alban mer aylardır, qorxusundan ofisdə yatır - FOTO

Alban mer aylardır, qorxusundan ofisdə yatır - FOTO
 

Kosovonun şimalındakı Leposaviç bələdiyyəsinin alban meri Lulzim Hetemi albanlarla serblər arasında bu il arabir zorakılığa çevrilən gərginliyin ortasında qalıb. 

O, apreldə seçildikdən bir ay sonra ofisindən çıxa bilməyib.

Ofis NATO qoşunları və Kosovo Xüsusi Polisi tərəfindən qorunur.

Leposaviçin ümumi əhalisinin 97%-dən çoxunu təşkil edən serblərin boykot etdiyi seçkidə Hetemi cəmi 100 səslə seçilib. 

Onun sözlərinə görə, seçildikdən bir müddət sonra serb etirazçılar onun ofisini mühasirəyə alaraq getməsini tələb ediblər. Hetemi bundan imtina edib və mayın 29-dan etibarən ofisdə qalıb. 

"Kim ofisdə qalıb stullarda yatmaq istəyər? Mən merliyə namizəd olduğum zaman serblərin seçki yarışından çıxıb belə bir manevr edib-etməyəcəyi barədə heç bir fikrim yox idi”, - deyə o bildirib.

Qeyd edək ki, Kosovonun şimalında serblərin çoxluq təşkil etdiyi Zveçan, Zubin Potok və Leposaviç bələdiyyələrində aprelin 23-də keçirilən yerli seçkilərdə qalib gələn alban merin vəzifəyə başlaması mayın 26-da Kosovo serbləri tərəfindən etirazla qarşılanıb.

Günay

 

0.017216920852661