Çexiyada qatarlar toqquşdu: yaralanan var

Çexiyada qatarlar toqquşdu: yaralanan var
 

Çexiyanın Çeska Trşebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.

Bu barədə yerli media məlumat yayıb.

Depoda baş verən toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb.

Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir.

Bildirilib ki, yük qatarının maşinisti qırmızı işıqda keçib və nəticədə dayanmış digər yük qatarına çırpılıb.

 

0.022109031677246