Tramp bizim üçün problemə çevriləcəkdi - Almaniya

Tramp bizim üçün problemə çevriləcəkdi - Almaniya
 

ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Avropa üçün böyük problemə çevriləcəkdi və Vaşinqtonun köməyi olmasaydı, Kiyev ayaqda qala bilməzdi.

Bunu Bundestaqın Avropa işləri üzrə komitəsinin rəhbəri Anton Hofrayter deyib.

“Bu, böyük problem olardı. ABŞ-ın Avropanın təhlükəsizliyinə verdiyi mühüm töhfəni tezliklə əvəz edə bilmərik. Təkcə bu səbəbdən bu sahədə daha çox işlər görməliyik. Biz sadəcə olaraq gözləyə bilmərik ki, demokratlar növbəti prezident seçkilərində həmişə qalib gələcəklər. Onların bir çoxu da sual verir ki, biz nəhayət Avropadakı problemləri özümüz həll edə bilərikmi”, - Hofrayter bildirib.

 

0.018494129180908