Erməni direktordan açıqlama: Yuxarı Lars keçid məntəqəsi əslində niyə bağlandı? - VİDEO

Erməni direktordan açıqlama: Yuxarı Lars keçid məntəqəsi əslində niyə bağlandı? - VİDEO
 

“Yuxarı Lars” keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz. Bu, bir simvoldur. “Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Rusiyadan Ermənistana gəlir”.

Bu barədə Ermənistanın iri nəqliyyat-logistika şirkətinin direktoru Qaqik Ağacanyan danışıb.

“Ermənistana taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışıb, “Yuxarı Lars” keçid məntəqəsini bağlamağa hazırlaşdıqlarını deməsinlər. Sahibkarlıq subyektləri bu işi necə təşkil etməyi və maksimum gəlir əldə etməyi daha yaxşı bilir”, - deyə o qeyd edib.

Q.Ağacanyanın sözlərinə görə, son illər aviadaşıyıcılar Ermənistan hökumətinin üzvləri və prezidenti ilə cəmi dörd dəfə müzakirələr aparıblar:
“Bəzən bu müzakirələr öz bəhrəsini verir, lakin biz siyasətçilərə kortəbii şəkildə müəyyən bəyanatlar verməsini qadağan edə bilmərik”.

Ətraflı Baku TV-nin süjetində:

 

0.016037940979004