Başqa ölkənin vətəndaşlığını alan rusiyalıların sayı 2 dəfə artıb

Başqa ölkənin vətəndaşlığını alan rusiyalıların sayı 2 dəfə artıb
 

Son doqquz ay ərzində təxminən 68 min rusiyalı digər dövlətlərdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi alıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən TASS agentliyinə bildirilib.

Rusiyalılar əksər hallarda İsrail, Türkiyə və daha 10 dövlətin (Ermənistan, Almaniya, BƏƏ, Ukrayna, İspaniya, Finlandiya, Qazaxıstan, Gürcüstan, Kipr və ABŞ) vətəndaşlığını alıblar.

38 min rusiyalı digər ölkə vətəndaşlığının olduğunu, daha 30 min isə xarici dövlətdə daimi yaşayış icazəsi haqda sənədinin olduğunu bildirib.

 

0.084304094314575