Nazirləri yalan detektorunda sınaqdan keçirməyə hazırlaşırlar

Nazirləri yalan detektorunda sınaqdan keçirməyə hazırlaşırlar
 

İsrail nazirləri yalan detektoru ilə sınaqdan keçirmək üçün qanun layihəsi hazırlayır.

Bu qərar kabinet iclaslarından məlumat sızmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Bununla bağlı İsrail dövlət televiziyası olan KAN-nın xəbərində bildirilib.

Qeyd olunub ki, İsrail Baş Nazirlik Ofisi kabinet iclaslarında müzakirə edilən təhlükəsizlik məsələlərinin kənara sızmaması üçün nazirləri yalan detektorunda test etməyi planlaşdırır.

Məlumata görə, baş nazir Benyamin Netanyahu yalan detektoru məsələsinə İsrail Daxili Kəşfiyyat İdarəsi Şin-Betin məsul olması ilə bağlı göstəriş verib, lakin Şin-Bet bununla bağlı tərəddüdlərini ifadə edib.
Bildirilib ki, Şin-Bet üzvləri bu qəbildən tədbirlərin görülməli olduğuna inansalar da, qanun layihəsi ilə bağlı tərəddür edirlər və bu məsələ barədə Milli Təhlükəsizlik Şurası ilə görüş keçirilməsini istəyirlər.

Qanun layihəsinə əsasən, hökumətin hüquq müşaviri, təhlükəsizlik orqanlarının rəhbərləri və vəzifəli şəxslər də daxil olmaqla, Nazirlər Kabinetinin iclaslarına qatılan hər kəs bu testdən keçməlidir.

Bəzi mənbələr Benyamin Netanyahunun bədənindəki kardiostimulyator (ürək akkumulyatoru) səbəbilə bu testdən azad ediləcəyinin gözlənildiyini qeyd edirlər.(Haber Global)

 

0.023297071456909