Bayden və Cinpinin maraqlı dialoqu - VİDEO

Bayden və Cinpinin maraqlı dialoqu - VİDEO
 

ABŞ Prezidenti Co Baydenlə Çin dövlət başçısı Si Cinpin arasında keçirilən görüşdə avtomobil dialoqu gündəm olub. 

"Paralel.az" xarici "Haberler.com"a istinadla xəbər verir ki, Cinpin 6 ildən sonra ABŞ-yə ilk səfərinə güllə keçirməz, 18 metr uzunluğunda “Hongqi” avtomobili ilə gəlib. 

Bunu görən Bayden ona “avtomobil gözəldir” deyib.

Cinpin isə qarşılığında “Hongqi”, yerli məhsul” söyləyib.

Bayden maşının içinə baxdıqdan sonra “Bizim avtomobilimiz “Cadillacdır”. Ona canavar deyirlər” deyib.

Cinpinin xüsusi dizayn edilmiş, N701 kod adlı “Hongqi” avtomobilinin qiymətinin ən azı 800 min dollar (təx. 1 360 000 AZN) olduğu təxmin edilir. 

Qeyd edək ki, avtomobil raket əleyhinə zirehlər, qalın gülləkeçirməz şüşələr, bioloji və kimyəvi silahlardan qorunma sistemləri ilə təchiz edilib. Lakin onun daha bir çox xüsusiyyətləri olduğu məlum olsa da, digər texniki xüsusiyyətlərin əksəriyyəti dövlət sirri olduğu üçün açıqlanmır. 

 

0.029083013534546