Xankəndidə Azərbaycan hökumətinin strukturları bərpa oĺunacaq - AÇIQLAMA

Xankəndidə Azərbaycan hökumətinin strukturları bərpa oĺunacaq - AÇIQLAMA
 

"Azərbaycan ordusu yüksək peşəkarlığı və döyüş qabliyyəti ilə ən qısa zaman ərzində qarşıya qoyulan hədəflərə nail olmaqla müasir hərb tarixində növbəti möhtəşəm qələbəsinə imza ataraq adını qızıl hərflərlə dünya hərb tarixinə yazdı". 

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, dünya bir daha Azərbaycan ordusunun gücünə və peşəkarlığına şahidlik etdi.

“Azərbaycan ordusu düşməni 24 saatlıq antiterror tədbirləri zamanı verilən tapşırıqları yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirməsi nəticəsində düşməni ağır məğlubiyyətə uğradaraq “ağ bayraq” qaldırmağa vadar etdi. Əminəm ki, 44 günlük müharibədə olduğu kimi, 19 sentyabrda başlanılan və 24 saata bitirilən antiterror əməliyyatı da dünya hərb mərkəzləri tərəfindən diqqətlə öyrəniləcək”, - o qeyd edib.

Antiterror əməliyyatının həyata keçirilməsinin zəruriliyindən danışan deputat bildirib ki,  Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli sülh bəyanatına uyğun olaraq bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində ciddi səylər göstərib konkret addımlar atsa da, Ermənistan və Xankəndidəki qondarma rejim davamlı olaraq sülh prosesini pozmaq üçün təxribatçı fəaliyyətlə məşğul olub: “Bakı  qarşı tərəfə bu təxribatçı hərəkətlərə son verməsi və bunun acı nəticələri olacağı barədə xəbərdarlıq etsə də, bunun heç bir nəticəsi olmayıb. Erməni tərəfi sanki Bakının bu xəbərdarlığını eşitməzlikdən gəlirdi. Bakı eyni zamanda öz ərazisində “boz ərazilərin” olmaması ilə barışmayacağını dəfələrlə bəyan edib və bunu beynəlxalq aləmin nəzərinə çatdırıb mövqeyini izah edib. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfində olduğundan dünya birliyi Bakının tələblərini haqlı hesab edərək erməniləri danışıqlara çağırsa da, nəticəsi olmurdu. Nəhayətində, Bakı belə sərt addım atmalı oldu və Bakını belə bir addım atmağa yenə də qeyd edirəm ki, ermənilər özləri oldu. Erməni tərəfi indiydək törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun onlara yaşatdığı ağır bədəllərdən nəticə çıxartmadılar. Ola bilsin kimlərəsə bel bağladılar. Ümid etdilər ki, kimlərsə onlara yardım edib, bu qaranlıq quyudan çıxaracaq. Amma 44 günlük müharibədə və ondan sonrakı  dövrdə də havadarları  onlara yardımçı ola bilmədi. Üzləşdiyi  bəladan xilas etməyə gücü  çatmadı.  Acı nəticəsi də ortada. Əgər onlar Bakının dediklərini vaxtında eşidib konstruktiv mövqe sərgiləsəydilər belə bir acı reallıqla, ağır itkilərlə üzləşməyəcəkdilər. 

Hesab edirəm ki, ən qısa zamanda Xankəndidə Azərbaycan hakimiyyətinə tabeli bir hökumət formalaşdırılacaq. Bununla da bölgədə yeni bir inkişaf mərhələsi başlayacaq.

Axı dəfələrlə bəyan edildi ki, sonunda ermənilər Bakının ayağına düşüb  imdad diləyəcək. Bax, Azərbaycan ordusu “dəmir yumruğu” göstərən kimi, Bakının ayağına düşüb imdad diləməkdədirlər. Onların başqa  seçənəcəyi yoxdur. Bundan sonra Bakının şərtləri əsasında bu coğrafiyada yaşamaq istəyəcəklərsə, Azərbaycan vətəndaşlığını qəbul edib həyatlarını davam etdirəcəklər. Qəbul etməyən üçünsə yolar açıqdır.

Ermənistan da anlamalıdır ki, sülh prosesi pozuculuğu onlara da baha başa gələ bilər. Əgər Ermənistan ordusu, dövləti və xalqı da ağır bədəl ödəmək istməirsə, o zaman nə qədər gec deyil, Bakının şərtləri əsasında sülh sazişi imzalamalıdır. Əksi isə bəllidir”.

Mürtəza
Ölkə.Az

 

0.012156009674072