Marat Yehanyan Ağdərədən yazdı

Marat Yehanyan Ağdərədən yazdı
 

Jurnalist Marat Yehanyan ermənilərin Ağdərəni tərk etdiyini bildirir.

"Paralel.az" xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb.

“Madakertdə (Ağdərədə) evakuasiya gedir”, - Yehanyan yazıb.

Onun sözlərinin həqiqət olub-olmaması üçün hansı mövqe sərgilədiyinə baxmaq lazımdır. Belə ki, erməni media nümayəndəsi reinteqrasiya prosesinə sərt şəkildə qarşı çıxanlardan biridir. Digər bir jurnalist Aram Hevorhyanın onun dedikləri kimi məlumat yayması sözügedən informasiyanın doğruluğunu qüvvətləndirir.

 

0.016638040542603