Dünyada dizel yanacağı qıtlığı yaşanır

Dünyada dizel yanacağı qıtlığı yaşanır
 

Qlobal neft emalı sənayesi dizel yanacağı istehsalında artan çətinliklərlə üzləşir. Dünyada bu yanacaq növünün ehtiyatları artan tələb və təklif çatışmazlığı fonunda son dərəcə aşağı səviyyədədir.

OPEC+ liderləri Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft hasilatının azaldılması vəziyyəti daha da gərginləşdirib. Sentyabrın 5-də hər iki ölkə ilin sonuna qədər istehsal məhdudiyyətlərini uzadacaqlarını açıqlayıb.

Bildirilir ki, OPEC+un cari kursu dünya bazarına tədarükün sürətlə artmasına imkan vermir.

Eyni zamanda Şimal yarımkürəsində isti yay bir çox neft emalı zavodlarını yavaş templə işləməyə məcbur edib və ehtiyatları kritik dərəcədə aşağı salıb. Ötən cümə axşamı ABŞ-də dizel yanacağı fyuçersləri 140 dollara çatıb ki, bu da ilin bu vaxtı üçün mütləq rekorddur. Eyni müddət ərzində Avropa İttifaqında da dizelin qiyməti 60% artıb.

 

0.021131992340088