Mərakeşli iş adamı Azərbaycan klubuna sahiblənir

Mərakeşli iş adamı Azərbaycan klubuna sahiblənir
 

Mərakeşli iş adamlarından biri Azərbaycanda klub sahibi olacaq.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, biznesmen, Birinci Liqada mübarizə aparan klublardan birinin rəhbəri olacaq.

Belə ki, adı açıqlanmayan şəxsin “İmişli” komandasını satın alacağı gözlənilir. İmişli təmsilçisinin həmin iş adamı tərəfindən 1 milyon manata alınacağı ehtimal olunur.
Ölkəmizə tez-tez səfər edən biznesmenlə AFFA arasında yaxın günlərdə bu barədə görüş keçiriləcəyini də qeyd edək.

 

0.019539833068848