Qara məni basınca ...

Qara məni basınca ...
 

Sertifikasiya prosesində zəif olan müəllimlərə 2-ci şansın verilməsi təbii haldır. Sertifikasiya prosesində, hətta suallar düz tərtib edilsəydi belə (hərçənd xeyli səhv suallar vardı, bu barədə əlavə edilən linkdə, keçmiş təhsil naziri professor Firudin Cəlilovun fikirləri verilib), müəllimlərə 2-ci şans yenə verilməli idi.
Bir təhsil sistemi ki, 11 il məktəbdə, 4 il universitetdə normal biliklər verə bilməyibsə (kvadratın sahəsi məsələsi, şaftalı sözünün səhv yazılması, çubuqlu bölməni bacarmaması v.s.), dövlətin 11 il məktəbə və valideynin 4 il ATM təhsil haqqı kimi ödədiyi pulun müqavilində keyfiyyətli kadr hazırlamayıbsa, indi bu tələbələrə qarşı sərt addım atmamalıdır. Bu vəziyyət səhv planlama (hansı ki, hələ də davam edir), keyfiyyətsiz idarəetmə və keyfiyyətsiz təhsilin nəticəsidir. Yəni günah şagirdə və ya tələbədə yox, artıq öz funksionallığını itirmiş təhsil sistemindədir.
Bu halda, istehlakçı (yəni tələbə) nazirliyi məhkəməyə verib itirdiyi pula və illərə görə ondan kompensasiya da tələb edə bilər. Digər tərəfdən bu vəziyyət müəllimlərin təkmilləşdirmə və ixtisasartırma işinin düzgün qurulmamasınln göstəricisidir. Dövlət bu məsələlərə də pul ayırır, bəs nəticə niyə yoxdur?
Nazirlik bu qədər səhvlərə yol verdiyi halda, müəllimlərdən üzr istəmək əvəzinə, əksinə onları stressə salır, nüfuzdan salmağa çalışır.
Əslində bu halda sertifikasiyadan kəsilən müəllimlər yox, təhsil sisteminin özüdür. Bəs sistemin fəaliyyətinin monitorinqi başqa cür necə ola bilərdi?
Belə menecmentin el içində adı: "qara məni basınca, mən qaranı basım" adlanır.

https://redaktor.az/news/education/209321-sertifikasiya-suallarini-hazirlayanlarin-90-faizinintehsilden-xeberi-yoxdur

 

 

0.094959020614624