Moskvada mülki hədəflərə zərbə endirilməsin - BMT

Moskvada mülki hədəflərə zərbə endirilməsin - BMT
 

BMT mülki hədəflərə zərbələrin dayandırılmasının tərəfdarıdır.

Bu barədə BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq pilotsuz təyyarələrin Moskvaya hücumunu şərh edərkən bildirib.

“Hücuma görə kimin məsuliyyət daşıdığı barədə birinci əldən məlumatımız yoxdur. Amma təbii ki, biz mülki hədəflərə edilən istənilən hücuma qarşıyıq və onların dayandırılmasını istəyirik”, - təşkilatın rəsmisi qeyd edib.

0.014369010925293