Kreml bundan ciddi narahatlıq keçirməyə başlayıb - İSW

Kreml bundan ciddi narahatlıq keçirməyə başlayıb - İSW
 

Hərbi xidmətə çağırışla bağlı yaş həddinin artırılması təşəbbüsü Kreml rəsmiləri arasında  narahatlığa səbəb olduğundan ciddi müzakirələrə yol açılıb.

Kreml 2023-cü ilin sentyabrında keçiriləcək regional seçkilər və 2024-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyanın Ukraynaya təcavüzü barədə rusların nə düşündüyündən getdikcə daha çox narahat olmağa başlayıb.

Paralel.az ” xəbər verir ki, bu barədə fikir Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (İSW) hazırladığı hesabatda əksini tapıb. 

Hesabatda deyilir ki, Rusiya Müdafiə Nazirliyinin hərbi xidmətə çağırış üçün maksimum yaş həddinin 27-dən 30-a qaldırılması təşəbbüsü Kreml rəsmiləri arasında qızğın müzakirələrə səbəb olub.

Rusiya Təhlükəsizlik Şurası prezident administrasiyasını bu təşəbbüsün mənfi ictimai reaksiyaya səbəb olacağı və Rusiya prezidenti Vladimir Putinin reytinqlərinə təsir edəcəyindən ehtiyat etdiyi üçün Müdafiə Nazirliyinin təşəbbüsünü dəstəkləməməyə çağırıb.

ISW analitiklərinin fikrincə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə bir təşəbbüsü irəli sürməyi bacarmaqla yanaşı, hətta özünün Putinə sadiq qaldığını qoruyub saxlaya bilib. Kreml rəhbəri bu qərarı dəstəkləyib, çünki Rusiya Silahlı Qüvvələrinin Ukraynaya qarşı müharibə aparmaq üçün kifayət qədər əsgəri yoxdur.

“Hakim “Vahid Rusiya”nın nümayəndələri qarşıdan gələn regional və yerli seçkilərdə Ukraynadakı müharibədən öz seçki kampaniyalarında istifadə etməkdən qorxurlar. Çünki seçicilərin buna necə reaksiya verəcəyindən narahatdırlar", - hesabatda deyilir.

Hələ bir müddət əvvəl “Vaqner” şefi Yevgeni Priqojin bəyan etmişdi ki, indi onlar  (Putin komandasını nəzərdə tutur-red) Rusiyanı itirə biləcəkləri vəziyyətdədirlər. Bunun baş verməməsi üçün Priqojin təklif etmişdi ki, Rusiyada hərbi vəziyyət tətbiq edilib yeni səfərbərlik elan edilməli, bütün fabriklər isə sursat istehsalına keçirilməli və yalnız müharibə üçün işləmək lazımdır.

Mürtəza
Paralel.az

0.01648211479187