Təhsil ümidlərimiz son 3 ildə özünü doğrultdumu? -dos. İlham Əhmədov
Feysbuk bu gün yadıma saldı ki, 3 il əvvəl E. Əmrullayev təhsil naziri təyin edilib.
Düzü bir çoxları kimi mənim üçün də təyinat gözlənilməz olmuşdu.
Mən də "FB"-da bir təhsil işçisi kimi o vaxt onu təbrik etmiş, öz gözləntilərimi bildirmişdim.
Gənc nazirin fəaliyyətə başladığı günlərdə ilk sözlərindən biri "... mənə problemlərdən danışın, problemlər qaldırın ..." kimi olmuşdu. Təhsildəki problemlərə dair bu 3 ildə yazdığım 100-lərlə məqalə və müsahibələrimdə məhz problemlər qaldırdıq, təkliflər verdik.
Təəssüf ki heç biri eşidilmədi, təhsil isə əvvəlki illərdəki kimi çökməkdə davam etdi.
Yeni nazirin təyinatı ilə əlaqədar 3 il əvvəlki təbrikimlə əlaqəli bəzi "FB" istifadəçiləri də təbriklərə qoşulmuşdu, eyni zamanda, ölkədə təhsilin vəziyyəti və yeni nazirdən gözləntiləri haqqında fikirlərini yazmışdılar. Bu təyinat və müzakirələrdən 3 il sonra bir daha həmən təbriki və müzakirədəki fikirləri təkrarən oxudum. Düşünürəm ki, "FB" dostlarıma 3 il əvvəlki bu statusum maraqlı olar. Çünki onların xeyli hissəsi həm də burda proqnoz da veriblər.
Bu status və şərhlər elə nazir üçün də maraqlı olar məncə. Dönüb 3 il əvvəlki vəziyyətə və itirilmiş fürsətlərə bir daha diqqət edər.
Status və şərhlərlə aşağıdakı linkdən baxmaq olar:
https://m.facebook.com/story.php?story_fbid=10217075620550889&id=1479630919&mibextid=Nif5oz
"Paralel.az"