Yeni dünya düzənində Ermənistanın yeri… Azərbaycanla sülh zəruridir  - Paşinyan

Yeni dünya düzənində Ermənistanın yeri… Azərbaycanla sülh zəruridir  - Paşinyan
 


“Dünyada beynəlxalq və geosiyasi vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. Bölgəmizdə sabitliyin əsas amillərindən biri hesab edilən dünya nizamı, əslində, mövcud deyil. Yeni dünya nizamının necə olacağını heç kim bilmir”.

Paralel.az ” xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Yeni dünya düzəninin formalaşması prosesində Ermənistanın təsiri qeyri-müəyyən və qeyri-maddidir. O baxımdan geosiyasi qeyri-sabitlikdən irəli gələn təhlükələr isə görünən və realdır”, - Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ukrayna hadisələri ilə bağlı Cənubi Qafqaz regionunda geosiyasi təsir azalıb, ənənəvi Şərq-Qərb formulları kifayət qədər effektli deyil. 

“Hazırkı şəraitdə regional qeyri-qarşıdurma siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi, Ermənistanın regional gələcəyin memarlığında yeri və rolunun aydınlaşdırılması bizim üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanla sülh müqaviləsinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurətdir”, - Paşinyan bildirib.

O həmçinin əlavə edib ki, Qarabağda yaranmış son durum, Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulaması strateji baxımdan vacibdir.

Mürtəza
Paralel.az

0.013283967971802