Şimali Koreya ballistik raket buraxıb

Şimali Koreya ballistik raket buraxıb
 

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

Paralel.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Digər təfərrüatlar hələlik verilməyib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ötən həftə qitələrarası ballistik raket buraxılışı həyata keçirib. Bildirilib ki, bu, bərk yanacaq mühərrikli “Hvason-18” raketi olub. Şimali Koreya raketin 1001 kilometr məsafə qət etdiyini iddia edib.

0.010511159896851