Qibtə eylədim - Şaiq Mustafayev

Qibtə eylədim - Şaiq Mustafayev
 

Gəzdim dağı, çəməni...
Dərdim lalə - süsəni,
Gördüm çayda üzəni,
Çaya qibtə eylədim.

Yürüdüm çay yuxarı,
Nəğmə deyir axarı...
Çıxmır damla çıxarı,
Suya qibtə eylədim.

Çıxdım dağın başına,
Ayaq vurdum qaşına,
Heyran oldum yaşına,
Saya qibtə eylədim.

Endim bulaq üstünə,
Qız oturub büstünə,
Biləndə ki, qəsdi nə,
Boya qibtə eylədim.

Keçdim güllü bağçaya,
Qarğa sinib taxtçaya...
Bülbül dönüb yolçuya,
Soya qibtə eylədim.

"Paralel.az"

 

0.033793926239014