Dünyada ilk uçan avtomobil etibarlılıq sertifikatı alıb

Dünyada ilk uçan avtomobil etibarlılıq sertifikatı alıb
 

Uçan avtomobil hazırlayan Amerikanın “Alef Aeronautics” şirkəti dünyada ilk olaraq ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) uçan nəqliyyat növü üçün uçuşa yararlılıq sertifikatı alıb.

Paralel.az ” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. 

"Nəqliyyat vasitəsinin uçuşa icazəsi ilə bağlı ABŞ hökumətinin sertifikat verməsi, ilk hadisədir”, -məlumatda deyilir.

Alef Aeronautiks bildirib ki, “Model A” idman avtomobili keçən ilin oktyabrında yerdə olduğu kimi, həm də havada şaquli qalxma və enmə imkanı sayəsində hərəkət edə bilən tam elektrik avtomobili təqdim edib. 

Məlumatda o da bildirilir ki, FAA hazırda belə nəqliyyat vasitələri və onların yerüstü infrastrukturla qarşılıqlı əlaqəsi üçün siyasət üzərində işləyir. 

Mürtəza
Paralel.az

0.017242908477783