Priqojinə qarşı açılan cinayət işi ləğv edilməyib - “Kommersant”

Priqojinə qarşı açılan cinayət işi ləğv edilməyib - “Kommersant”
 

İyunun 26-da səhər saatlarında “Vaqner”in təsisçisi silahlı qiyamın təşkili ilə bağlı Yevgeni Priqojinə qarşı başlanan Cinayət Məcəlləsinin 279-cu maddəsi üzrə cinayət işinə xitam verilməyib və istintaqı davam etdirilir.

Paralel.az ” xəbər verir ki, bu barədə “Kommersant”a Rusiya FSB-nin İstintaq İdarəsinin müstəntiqi bildirib.

Bu cinayət işi iyunun 23-də qaldırılıb. Priqojinin cinayət təqibinə xitam veriləməsi barədə Belarus Prezidenti Aleksandr Lukaşenko onunla danışıqlardan sonra elan edilib. Danışıqlar nəticəsində “Vaqner” qüvvələri Moskvaya yürüşü dayandırdı, işğal altındakı Rostov-na-Donu azad etdi və öz səhra düşərgələrinə qayıdıb. 

“Kommersant”ın əldə etdiyi məlumatlara görə, cinayət işinin başlanması barədə qərarın hələ də ləğv olunmadığı, qiyamla bağlı istintaqın davam etdirildiyi bildirilib. 

Mürtəza
Paralel.az

0.01615309715271