Blinkendən Putini qəzəbləndirəcək Priqojin açıqlaması: “Film hələ də davam edir…”

Blinkendən Putini qəzəbləndirəcək Priqojin açıqlaması: “Film hələ də davam edir…”
 

“16 ay əvvəl Putin Ukraynada Kiyevin qapısında idi, bir neçə günə şəhəri ələ keçirmək, ölkəni xəritədən silmək istəyirdi. İndi o, Rusiyanın paytaxtı Moskvanı özünə məxsus muzdludan yaratdıqlarından müdafiə etməli oldu”.

Paralel.az ” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın muzdlu qruplaşması “Vaqner”in Rusiyada üsyanından sonra ABŞ mətbuatına açıqlamasında deyib. 

Qiyamdan sonra “Vaqner”in gələcəyi və Rusiyada baş verənlər haqqında danışmaq üçün hələ tez olduğunu deyən Blinken deyib ki, bu mövzuda spekulyasiya etmək istəmir: “Film hələ də davam edir və biz hələ finalını görməmişik”.

Üsyanın birbaşa Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətinə meydan oxuduğunu ifadə edən Blinken, Putinin səlahiyyətində əvvəllər olmayan çatların yarandığını bildirib.

“Vaqner”in dağıldığına inanırsınızmı” sualına cavab olaraq Blinken deyib:

“Vaqner” qüvvələrinin həftə sonu Ukraynadan çıxaraq Rusiya və Moskvaya doğru hərəkət etməsi, özlüyündə çox gözlənilməz haldır. Bu, Putinin özü və Rusiya üçün uğursuzluqlar kitabının son fəslidir”.

Rusiya və “Vaqner” arasında üsyana vasitəçilik edən Belarusla bağlı sualı cavablandıran Blinken deyib: “Putin ola bilsin, Priqojinlə birbaşa danışıqlar aparacaq qədər aşağılanmaq istəməyib. Ona görə də onun adından Lukaşenko kimi birinin bu işə cəlb olunması faydalı olub. Amma yenə də bu spekulyasiyadır”, - deyə o bildirib.

0.017019033432007