Həyatımıza işıq saçan kəlamlar

Həyatımıza işıq saçan kəlamlar
 

Dostlar, kəlamlar içində elə kəlamlar var ki, insanın həyatına mayak kimi işıq salır, ömür yollarını işıqlandırır. Bəşərin təfəkkür zirvəsindən gələn bu kəlamlardan seçmələri diqqətinizə çatdırmaq istəyirəm.

-Siz insanların balıq yeməyini istəyirsinizsə, onlara balıq verməyin, balıq tutmağı öyrədin... (İsa Peyğəmbər)
-İnsanın böyüklüyü onun bağışladığı günahların böyüklüyü ilə ölçülür... (Məhəmməd Peyğəmbər)

-Aşağıdan axan çaylar və insanlar böyük olur;
-Yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır... (Konfutsi)

-Arzular, ümidlər ayıq adamın yuxularıdır... (Platon)
-Aydın danışmaq, aydın yazmaq üçün aydın düşünmək lazımdır... (Aristotel)

-Həyatda qalib gəlmək üçün insana 3 şey lazımdır: 1-ci pul, 2-ci pul və 3-cü pul. (Napoleon Bonapart)
-Həyatda iki yolla ucalmaq olar: öz üzərində işləməklə və başqalarını alçaltmaqla... (Fridrix Nitşe)

-Təklif vermədən tənqid etmək ən böyük ədəbsizlikdir...
-Tənqid edə bilmədiyin adamı tərif etmək ən böyük şərəfsizlikdir... (Karl Marks)

-İnsanın qul kimi doğulması onun günahı deyil, amma onun qul kimi yaşaması, azadlıq uğrunda mübarizə aparmaması onun cinayətidir... (Lenin)
-Hakimiyyəti yalnız daimi qorxu ilə saxlamaq olmaz, daimi yalan da lazımdır... (Stalin)

-Özünün müstəqil, demokratik cumhuriyyətini quran və qoruyan xalqa millət deyilir...
-Hər kəsin polisi onun vicdanıdır, polis vicdanı olmayanların qarşısındadır... (Atatürk)

Hazırladı: Qalib Arif

0.032109022140503