"Artıq dünyanın hər yerində varıq" - Çavuşoğlu

 

“Bu gün Türkiyə ixracat və investisiya sahəsində dünyanın hər yerindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, ixrac sahəsində Türkiyə hər il rekorda imza atır: “Hədəfimiz ixracatı 1 trilyona çatdırmaqdır. Bunu bacarmaq üçün imkanlarımız var”.

M.Çavuşoğlu deyib ki, əvvəllər vəziyyət belə deyildi: “Artıq dünyanın hər yerində, o cümlədən Afrikada, Asiyada, Cənubi Amerikada varıq. Bu təşəbbüslərin hər biri iqtisadiyyatımızın daha da güclənməsinə kömək edir. Odur ki, ticarət sahəsindəki maneələri dəf etməliyik”.

 

0.014280080795288