Ermənistan Azərbaycanın təklifini qəbul etməyib...

Ermənistan Azərbaycanın təklifini qəbul etməyib...
 

Sputnik-Armeniya bu gün Gələr cayı üzərində Azərbaycan tərəfinin sərhəd-keçid məntəqəsi qurmasına Ermənistan XİN-in münasibətini yayıb.

Ermənistan tərəfi Laçın dəhlizinin rejiminin dəyişdirilməsi ilə bağlı hər hansı danışıqlarda iştirak etmək niyyətində deyil. Bunu İrəvanda fransalı həmkarı ilə birgə mətbuat konfransında xarici işlər naziri Ararat Mirzoyan deyib. O, azərbaycanlı nazirin İrəvanın Laçın dəhlizində paralel nəzarətdən imtina etməsi, bundan sonra Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması barədə son bəyanatını belə şərh edib.

Mirzoyanın sözlərinə görə, hazırda Laçın dəhlizi ilə bağlı danışıqlar gedir, razılaşmalar əldə olunub və məlum sənəddə - 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb.

“Ermənistan heç vaxt Laçın dəhlizinin hər hansı yeni tənzimlənməsi ilə bağlı danışıqlara qarışmaq niyyətində olmayıb və iştirak etməyəcək. Ermənistan hesab edir ki, geniş kontekstdə Ermənistan-Azərbaycan danışıqlarında ciddi nəticələr əldə etmək üçün təkcə Laçın dəhlizi ilə bağlı deyil, əldə edilmiş bütün razılaşmalar həyata keçirilməlidir”, - Mirzoyan əlavə edib.

Nazir vurğulayıb ki, Azərbaycanın Laçın dəhlizində gördüyü işlər tamamilə qanunsuzdur və bunu BMT-nin beynəlxalq məhkəməsi də təsdiq edir - maneələr aradan qaldırılmalıdır.

“Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı hər şey beynəlxalq ictimaiyyət üçün şəffaf olan Xankəndi-Bakı formatında müzakirə oluna bilər.

XİN rəhbəri əlavə edib ki, Azərbaycan tərəfi Laçın dəhlizində keçid məntəqəsinin yaradılması ilə bağlı tələblər, təkliflər səsləndirib, lakin Ermənistan öz fikrində qalıb və qalır.

Xatırladaq ki, Azərbaycan aprelin 23-də Laçın dəhlizinin girişində Həkəri çayı üzərindəki körpünü bağlayıb və keçid məntəqəsinin quraşdırılmasına başlayıb.

Akif Nəsirli, "Paralel.az"

 

0.017874002456665