Can Yamanla şəkil çəkdirmək üçün bu məbləği ödədilər 

Can Yamanla şəkil çəkdirmək üçün bu məbləği ödədilər 
 

Karyerasını İtaliyada davam etdirən türkiyəli məşhur aktyor Can Yaman ötən şənbə Madriddə pərəstişkarları ilə görüşüb. 

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyorla tədbirdə görüşmək və şəkil çəkdirmək istəyən yüzlərlə ispan pərəstişkar uzun növbələr yaradıb.

Can Yamanla görüşmək və onunla şəkil çəkdirmək istəyənlər tədbir üçün adambaşına təxminən 17 min lirə (təx.850 AZN) ödəyiblər. Tədbirə qatılan pərəstişkarları foto çəkdirib, qısaca söhbət etmək imkanı əldə ediblər.

Karyerasını İtaliyada davam etdirməyə qərar verən C.Yaman sözügedən tədbirdə qısa açıqlamalar da verib. Aktyor müsahibəsində ona göstərilən böyük maraqdan məmnun olduğunu bildirib.

"Özümü çoxşaxəli aktyor kimi görürəm. Məqsədim müxtəlif layihələrlə bacarığımı sübut etmək və aktyorluğumu təkmilləşdirməkdir. Köhnə layihələrimi indi olsa, başqa cür edərdim. Amma hər şeyə baxmayaraq, fəxr edirəm. Bu yolda çox şey öyrəndim"- o deyib.

 

 

0.011137962341309