İsrail "Hizbullah"ın raket qüvvələri komandirini öldürdü

İsrail "Hizbullah"ın raket qüvvələri komandirini öldürdü
 

İsrail ordusu "Hizbullah"ın raket qüvvələrinin komandiri İbrahim Məhəmməd Qubeysi Livanın cənubuna endirdiyi zərbələr zamanı öldürdüyü barədə məlumat yayıb.

Paralel.az xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, 2024-cü il sentyabrın 24-də İsrail Hərbi Hava Qüvvələri  Beyrutun Dahiya məhəlləsinə zərbələr endirdiyi zaman “Hizbullah”ın raket qüvvələrinin komandanı İbrahim Məhəmməd Qubeysini öldürüb. 

Qubeysi "Hizbullah"ın raket qüvvələrinin digər komandirləri ilə birlikdə öldürülüb. Livan qrupu onların ölümünü təsdiqləyib. 

İsrail ordusunun məlumatına görə, Qubeysi 1980-ci illərdə "Hizbullah"a qoşulub. 

Mürtəza
Paralel.az

0.0096490383148193