Əminə Ərdoğan BMT Baş katibini Azərbaycana dəvət edib

Əminə Ərdoğan BMT Baş katibini Azərbaycana dəvət edib
 

Türkiyənin birinci xanımı, BMT-nin Sıfır Tullantı Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurasının sədri Əminə Ərdoğan BMT Baş katibi Antonio Quterreş ilə görüşüb.

Paralel.az xəbər verir ki, görüşdə birinci xanım Əminə Ərdoğan noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etdiklərini deyib. O əlavə edib ki, konfransda "Sıfır Tullantı" mövzusuna həsr ediləcək müzakirələr təşkil ediləcək və bu çərçivədə bəzi tədbirlərin təşkil ediləcəyi planlaşdırılır.

Birinci xanım Ərdoğan görüşdən sonra sosial media hesabında paylaşdığı paylaşımda qeyd edib ki, BMT-nin Baş katibi cənab Antonio Quterreş ilə BMT-nin Baş Qərargahında məhsuldar görüş keçiriblər. 

"BMT-nin "Sıfır Tullantı" proqramı çərçivəsində sədrlik etdiyim Yüksək Səviyyəli Şəxsiyyətlər Məsləhət Şurası qlobal miqyasda tullantıların idarə edilməsi və davamlı inkişaf məqsədlərini müzakirə etdik. Bu məqsədlə də Baş katib  Quttereşi Azərbaycanda keçirləcək  COP29 çərçivəsində keçirməyi planlaşdırdığımız Məsləhətləşmə Şurasının üçüncü rəsmi toplantısına dəvət etdim", - Əminə Ərdoğan qeyd edib.

 

0.011116981506348