Putin vətəndaşlığın əldə edilməsi və vətəndaşlıqdan məhrum edilməsi haqqında qanunu imzalayıb

Putin vətəndaşlığın əldə edilməsi və vətəndaşlıqdan məhrum edilməsi haqqında qanunu imzalayıb
 

Rusiya prezidenti Bladimir Putin vətəndaşlığın əldə edilməsi və vətəndaşlıqdan məhrum edilməsi haqqında qanunu imzalayıb

  Ordunu nüfuzdan salmaq və milli təhlükəsizliyə təhdid yaratmaq üçün əldə edilmiş Rusiya vətəndaşlığının sahibləri ondan məhrum ediləcəklər.

“Paralel.az” xəbər verir ki, "Vətəndaşlıq haqqında" qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb, sənəd hüquqi informasiya portalında dərc olunub. (RİA)

Beləliklə, vətəndaşlıqdan məhrumetmə üçün əsas ola bilən amillər aşağıdakılardır:

 terrorizm;

dövlətə qarşı ağır cinayətlər;

narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi;

sənədlərin saxtalaşdırılması;

vətəndaşın könüllü istəyi;

Rusiyanın ərazi bütövlüyünə qarşı ictimai çağırışlar;

Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq;

arzuolunmaz xarici və ya beynəlxalq QHT-də iştirak;

ekstremizmə ictimai çağırışlar;

dövlət xadiminin həyatına qəsd;

Rusiyanın konstitusiya quruluşunu zorla dəyişdirmək məqsədi ilə silahlı üsyanın təşkili;

milli təhlükəsizliyi təhdid edən hərəkətlər;

təxribat fəaliyyəti və təxribat cəmiyyətinin təşkili.

Qanun milli təhlükəsizliyə təhlükə yaratdığına görə əldə edilmiş vətəndaşlıqdan məhrumetmə qərarından məhkəməyə şikayət etməyə imkan verir.

Bundan əlavə, Rusiya vətəndaşlığına qəbul üçün 20-dən çox kateqoriyadan olan şəxslərə qoyulan tələblərin sayı azaldılır, sadələşdirilmiş vətəndaşlıq üçün kateqoriyaların müəyyənləşdirilməsi üzrə prezidentin səlahiyyətləri genişləndirilir.

Bundan başqa, sadələşdirilmiş sxemə əsasən, Böyük Vətən Müharibəsi veteranları - keçmiş SSRİ vətəndaşları, habelə 1992-ci il yanvarın 1-dək veteran şəhadətnaməsini vermiş orqan tərəfindən vəsatətlə müraciət etmiş veteranlar pasport ala biləcəklər. Qarışıq nikahda doğulmuş uşağın vətəndaşlığını qəbul edərkən ikinci valideynin - xarici vətəndaşın razılığı tələbi də istisna edilir.

Şahnaz Salehqızı

 

 

 

 

 

 

 

 

 

 Şahnaz Salehqızı

 

0.014312028884888