Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirildi

Aleksandr Vuçiç təcili xəstəxanaya yerləşdirildi
 

Serbiya mediası prezident Aleksandr Vuçiçin təcili xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Prezidentin özü bu məlumatı təkzib edib.

Yerli B92 telekanalı və Alo! qəzetinin məlumatına görə, Serbiya prezidenti Aleksandar Vuçiç təcili xəstəxanaya yerləşdirilib.

Prezidentin xəstəxanaya yerləşdirilməsi ilə bağlı ilk xəbərlər müxalifətçi sosial şəbəkələrdə peyda olub.

Bildirilib ki, prezident təcili olaraq Belqraddakı Hərbi Tibb Akademiyasına aparılıb. Müəlliflər bunun “iyirmi gündə ikinci dəfə” baş verdiyini də qeyd ediblər.

B92-yə görə, Vuçiç həqiqətən xəstəxanaya yerləşdirilib, lakin Hərbi Tibb Akademiyasına deyil, başqa bir tibb mûəssisəsinə yatrılıb. Telekanal Serbiya prezidentinin tibbi yardım istəməsinin səbəblərini açıqlamır.

Mətbuatda prezidentin oğlu Danilo Vuçiçin sosial şəbəkələrdə atasına dəstək ifadə etməsi də diqqət çəkir.

2019-cu ildə Serbiya prezidenti ürək-damar xəstəliyinə görə xəstəxanada müalicə alıb.

Dəniz, "Paralel.az"

0.059234857559204