Litva Prezidenti Nauseda 2026-cı ildə ölkədə alman hərbi briqadasının meydana çıxacağını elan etdi

 

Litva Prezidenti Nauseda 2026-cı ildə ölkədə alman hərbi briqadasının meydana çıxacağını elan etdi 
 

Litva Prezidenti Nauseda 2026-cı ildə ölkədə alman hərbi briqadasının meydana çıxacağını elan etdi

  “Paralel.az”  xəbər verir ki, Litva prezidenti Gitanas Nauseda Almaniya kansleri Olaf Şolzla görüşdən sonra ölkədə alman hərbi briqadasının meydana çıxdığını elan edib. (İnterfaks)

“Mənim təklif etdiyim düstur kanslerin xoşuna gəldi vərazılaşdı: Litva öz tapşırığını yerinə yetirir, addımlar atır və buna görə Almaniyanın müvafiq reaksiyası, yəni Litva ərazisində hərbi mövcudluğun artırılması ilə mükafatlandırılır”, - Nauseda bildirib.    

Dövlət başçısı əlavə edib ki, proses mərhələli olacaq, lakin Litva rəhbərliyi lazımi infrastrukturu hazırlayaraq, 2026-cı ilə qədər briqadanı yerləşdirməyə çalışacaq.
Bundan əvvəl Litva və Almaniya birgə hərbi təlimlər keçirib. Hər iki ölkənin hərbi qulluqçuları əməliyyatların planlaşdırılması, bölmələrin yerdəyişməsi və döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə işləyiblər.

Bu məqsədlə Bundesverin 41-ci mexanikləşdirilmiş piyada briqadasının 600-ə yaxın hərbçisi, o cümlədən 240-a yaxın hərbi texnika Baltikyanı respublikaya gəlib.

 

Şahnaz Salehqızı

 

0.0500168800354