Kitab oxumaq vərdişini necə qazanmaq olar?

Kitab oxumaq vərdişini necə qazanmaq olar?
 

Əvvəllər insanlar tez-tez kitabxanalara gedir, yeni-yeni kitabları səbirsizliklə seçib oxuyurdular. Ancaq getdikcə insanlar kitablardan uzaqlaşır. Bunu isə texnologiya dövrünün başlaması ilə əlaqələndirirlər. Kompüterlər, telefonlar, planşetlər və daha nələr, nələr...

Bəs, kitab oxumaq üçün necə motivasiya yaratmaq olar? 

 Kitabın insan həyatındakı rolu və televizora çox baxmağın zərərlərini təqdim edirik: 

Oxumaq həyatınızın qayğılarından uzaq bir ədəbi aləmə daxil olmağınızı təmin edir. Stressi azaldır. Oxumaq həm də ürək döyüntülərini azaltmaqla əzələlərdəki gərginliyi aradan qaldırır. Fiziki olaraq rahatlamağa kömək edir. (lent.az)

Roman oxumaq insanlarda empatiya hissinin yaranmasına şərait yaradır. Xüsusən də oxuduğunuz kitabı dərindən hiss edirsinizsə...

Çoxlu kitab oxumaq beyin sağlamlığına kömək edən əsas vasitələrdən biridir. Alzheimer və demans kimi problemlərin təsirlərini yavaşladır.

Gündə 2 saatdan çox televizora baxmaq 2-ci tip diabet riski ilə əlaqələndirilir. Gündə 3 saatdan çox televizor qarşısında vaxt keçirmək vaxtından əvvəl ölüm riskini artırır. Əgər belə vərdişiniz varsa, bunu düşüncə dairənizə uyğun bir kitab seçməklə qismən tərgidə bilərsiniz. 

"Paralel.az"

 

0.019724130630493