Azərbaycandan köçən tanınmış müğənni: "İstəyirəm ki..."

Azərbaycandan köçən tanınmış müğənni: "İstəyirəm ki..."
 

"Azərbaycan musiqiçilərini Fransada bir yerə toplamaq istəyirəm".

Son günlər birdəfəlik Fransaya köçdüyü deyilən tanınmış müğənni, "Şeron" qrupunun bədii rəhbəri Rüstəm Zeynallı məsələ ilə bağlı Paralel.az -a açıqlama verib. Sənətçi illərdir orada yaşadığını qeyd edib.

“Fransada yaşayıram, övladlarım orada təhsil alır. Ancaq fəaliyyət istiqamətimə görə ilin çox hissəsini Bakıda da keçirirəm. İşim və tələbələrim buradadır. 

Fransada isə təsis etdiyim Azərbaycan Musiqi Mərkəzi və studiyam var. Avropada yaşayan yazərbaycanlı musiqiçiləri eyni məkana toplayıram. Məqsədim azərbaycanlı musiqiçiləri bir araya toplamaq, əsas fəaliyyət yerlərinin olmasıdır ki, onlar mərkəzdə peşəkar fəaliyyət göstərə bilsinlər. Musiqinin bütün növləri üzrə mərkəzin istiqamətləri mövcudur.

Təbii ki, Bakıda da balaca tələblərim var, onlara da dərs deyirəm. Bundan başqa, el şənliklərində də mütəmadi iştirak edirəm”.

Rüstəm Zeynallı "Fransada toya gedirsiniz?" sualına belə cavab verib: “Fransada kifayət qədər həmyerlimiz var, ümumiyyətlə, bütün şəhərlərində azərbaycanlılar var, onların xeyir işləri olur, ancaq orada toyda oxumuram”, - deyə o bildirib.

Paralel.az

0.021126985549927