Ömür divarlarını hansı əməllərlə hörərdik? - Sadiq müəllim yazır...

Ömür divarlarını hansı əməllərlə hörərdik? - Sadiq müəllim yazır...
 

Bir insanla 5 dəqiqə danışıb, elmini, helmini bilərəm.
Lap ağlını, işığını görərəm.
Ancaq qaranlıqlarını- niyyət və mahiyyətini bilmərəm, çox sadəlövhəm.
Həmişə yaxşı tərəfi görmək istəyirəm.
Əslində insan özü də öz qaranlığını tam dərk etmir, öz- özüylə yola getmir.
İnsan qaranlığı ağlının qurtardığı sərhəddən başlayır, ilk olaraq hiyləgərliyi gəlir.
Hiyləgərlik ağılnan qaranlığın sərhəddidir, İnsanın ən birinci səfehliyidir, paxıllıq gücsüzlüyün etirafı...
Təkəbbür xalis meymunluqdur, atavizm-əcdada qayıtmaqdır,
Əsəb dəliliyə can atmaqdır...
Bunların hamısı içindəki qarnlaqdır.
Yeri gəlmişkən vəzifəy təzə keçən birinin eyforiyadan təkəbbürünü gördüm, masanın üzərində əlini qoymağa yer tapmırdı.
Əvvəl qalustukunu, sonra burnunu tumarladı,
zənn etdi ki, bir qucaq kərmə qamarladı.
Bir şey də deyim, insan anadan "bəy" ya "xanım" doğulur, əgər gendə bu yoxsa, yamsılamaq motalında boğulur...
İnsanı tanmığa cəhd etmək də ağılsızlıqdır...
Axı heç o özü- özünü tanımır, hey axtarır.
Bəzən elə bizdən soruşur, gözünü döyür,  baxma ki, özünü öyür.
Özünü öymək də qaranlıqdır, şəxs özünü axtırır deməkdir.
Tapsaydı goplamazdı, sakit olardı, öz ağlını yolmazdı, daşmazdı, özündə azmazdı, öz qabına dolardı.
Gop, paxıllıq, təkəbbür, özünü öymək şəxsiyyətin verdiyi SOSDUR!
Yəni mən azmışam, gəlin məni tapın deməldir.
Belə olan halda niyə kimisə tanımağa cəhd edək,
Qoy sakit ömür yolumuzu gedək.
Görəsən qarışqa yuvasından baxsaq nələr görərdik?
Ömür divarlarını hansı əməllərlə hörərdik?

"Paralel.az"

 

0.014371871948242